Accessibility links

Pakistanda militantlar qız məktəbini partladıblar


Pakistan rəsmiləri bildirirlər ki, yaraqlılar tayfaların məskunlaşdığı Xeybər bölgəsində qız məktəbini partladaraq bir neçə adamı yaralayıblar. Əl-Qaida və talibanla əlaqəli İslamçı ekstremistlər qızların təhsilinə qarşı olduqlarına görə indiyədək ölkə boyu yüzlərlə qız məktəbini partladıblar. Bu arada hərbçilər deyirlər ki, şənbə günü hərbi qüvvələr Əfqanıstanla həmsərhəd olan məntəqədə 33 yaraqlını öldürüblər.
XS
SM
MD
LG