Accessibility links

Həmid Karzay prezident seçkilərinin qalibi elan edildi


Əfqanıstanda ikinci tur prezident seçkiləri ləğv edildikdən sonra ölkənin seçki komissiyası prezident Həmid Karzayı qalib elan edib. Seçki Komissiyasının rəhbəri Əzizulla Ludin bu gün bildirib ki, avqust ayı seçkiləri zamanı qalib gəldiyi bəyan edilən vənoyabr ayının 7-nə təyin edilən seçkilərin ikinci turunda yalnız onun namizədliyi qaldığı üçün prezident Həmid Karzay qalib elan edilib. Seçkilərdə prezident Karzaydan başqa yeganə namizəd olan Abdulla Abdulla avqust ayı seçkiləri zamanı baş verən saxtakarlıqların təkrar olunacağını əsas gətirərək dünən namizədliyini geri götürdüyünü elan edib. Buna görə də seçki komissiyası səsvermə üçün xərclənəcək pula qənaət etmək məqsədilə ikinci tur seçkilərin keçirilməsi qərarını ləğv edib.

Prezident Karzay və Abdulla Abdulla ilə görüşmək üçün BMT-nin baş katibi Ban Gi Munun bu gün Kabilə getdiyi bildirilir.


XS
SM
MD
LG