Accessibility links

İranın İnqilab Qvardiyası bəyanatında müxalifətə etiraz aksiyaları keçirməmək barədə xəbərdarlıq edib


İranın İnqilab Qvardiyası müxalifətə bu həftə Birləşmiş Ştatların Tehrandakı səfirliyinin ələ keçirilməsinin 30-cu ildönümünün qeyd edildiyi nümayişlər zamanı hansısa etiraz aksiyası keçirməmək barədə xəbərdarlıq edib.İnqilab Qvardiyasının açıqladığı bəyanatda iranlılar keçirilməsi çərşənbə günü nəzərdə tutulan anti-Amerika təmayüllü və hökumətpərəst nümayişlər zamanı “saxta çağırışlara və düşmən fitvalarına” yol verməməyə çağırılır.

Artıq bir neçə həftədir ki, ölkənin müxalifət qüvvələri iyun ayının prezident seçkilərinə etirazların yeni aksiyalarla davam etməsinə səsləyirlər. Son günlər isə ölkənin müxalifət liderləri - Mir Hüseyn Musəvi və Məhəmməd Xatəminin nümayişləri dəstəkləyəcəkləri bildirilir.

Belə çağırışlar 5 ay bundan əvvəl seçkilərin nəticələrinə qarşı keçirilən etiraz aksiyalarının zorla dağıdıldığıvə minlərlə insanın həbs edildiyi vaxtdan sonra hökuməti ehtiyatlı olmağa vadar edir.

London yerləşən Britaniya-Amerika Təhlükəsizlik Şurasının icraçı direktoru Pol İnqram hiddərlənmiş İran müxalifətinintez bir zamanda geri çəkiləcəyini düşünmədiyini deyib. Cənab İnqram deyib ki, hökumət nümayişlərin geniş iğtişaşlara gətirib çıxaracağından ehtiyat edir.

İranda İslam İnqilabı zamanı “böyük iblis” adlanan Bilrəşmiş Ştatların səfirliyinə edilən hücum ölkədə hər il bayram kimi qeyd edilir.

XS
SM
MD
LG