Accessibility links

Hillari Klinton:Fikirlər ehtiyatla söylənməlidir


ABŞ dövlət katibi Hillari Klinton ikinci gündür diqqətini ərəblərin İsrailin yəhudi yaşayış məntəqələrinin inşasının məhdudlaşdırılmasına dair fikirləri barədə şikayətlərinə yönəldib. Mərakeşdə ikən xanım Klinton deyib ki, Obama administrasiyası İsraillə Fələstinin iki dövlət kimi yanaşı yaşaması variantına dair öhdəliklərinə sadiq qalır və fikirlər ehtiyatla söylənməlidir.

Keçən həftə xanım Klinton İsrailin sülh müzakirələrinin bərpası üçün yaşayış məntəqələrinin inşasını məhdudulaşdırmasını misilsiz barışıq səyi kimi qiymətləndirmişdi. Dövlət katibinin dedikləri Fələstin liderlərinin kəskin tənqidi ilə qarşılanmışdı. Daha sonra Hillari Klinton sözlərinə düzəliş edərək, İsrailin inşaat məhdudiyyətlərinin Vaşinqtonun məsələ ilə bağlı mövqeyindən uzaq olduğunu demişdi.

XS
SM
MD
LG