Accessibility links

Cundulla qrupunun üzvü edam edildi


İranın rəsmi Fars xəbər agentliyinin məlumatında bildirilib ki, ölkənin cənub-şərqində ölümlə nəticələnən hücumlarda əli olmaqda günahkar bilinən Cundulla - “Allahın Əsgərləri” qrupunun üzvü Əbdülhəmid Rigi edam edilib. Agentlik polis rəsmisi Qulaməli Nekoiyəistinadən xəbər verib ki, Əbdülhəmid Riginin ölüm hokmü dünən Zahedan şəhərindəki həbsxanada asılmaqla həyata keçirilib. Bununla belə polis rəsmisi deyib ki, edam olunmuş Rigi Cundullanın lideri Əbdülmalik Riginin qardaşı deyil, onunla eyni familiyanı daşıyır. Cundulla liderinin qardaşı isə hələ də İran həbsxanasındadır. Ona ölüm cəzası verilsə də, hökmün icrası sonradan təxirə salınmışdır.

XS
SM
MD
LG