Accessibility links

Gürcüstanın xarici işlər naziri Rusiya vətəndaşlığından imtina edir


Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Rusiya vətəndaşlığndan imtina edib. Milliyətcə gürcü olan keçmiş sovet diplomatı Vaşadze bunu bu gün elan edərək deyib ki, o, Rusiya prezidenti Dmitri Medvedevə vətəndaşlıqdan imtina etdiyinə dair məktub göndərib. Xarici işlər naziri öz pasportunu da göndərdəyini deyib.

Vaşadze bu haqda qərarı Rusiya parlamentinin bəzi üzvlərinin onu Rusiya əleyhinə fəaliyyətlərdə ittiham edərək, vətəndaşlıqdan məhrum etməyə çağırmasından sonra verir. Duma Rusiya qanununlarının buna icazə vermədiyini əsas götürərək bu addımı atmaqdan imtina edib.

Moskvada təhsil almış Qriqol Vaşadze və 1980-ci illərdə Sovet İttifaqının xarici işlər nazirliyində işləyib. O, keçən il xarici işlər naziri təyin ediləndə ikili vətəndaşlığa malik idi.

Vaşadze 2008-ci ildə Rusiya və Gürcüstan arasında diplomatik münasibətlər kəsildikdən sonra bu vəzifəyə təyin edilmişdir.


XS
SM
MD
LG