Accessibility links

Hizbullah silah daşıyan gəmi ilə heç bir əlaqəsi olmadığını bəyan edib


Livanın Hizbullah qrupu İsrail qüvvələri tərəfindən saxlanılan silah daşıyan gəmi ilə heç bir əlaqəsi olmadığını bəyan edib. Hizbullahın etiraz bəyanatında İsrail silah quldurluğunda ittiham edilir.

Israilin ələ keçirdiyi gəmidə tankvuran raketlər və qumbaralar daxil edilməklə, yüz tonlarla silah aşkar edilib.

Israil ordusu silahların İranın Suriya vasitəsi ilə Hizbullaha göndərdiyini bildirib. Bu, İsrail tərəfindən ələ keçirilən ən böyük silah qacaqmalçılığıdır. İttihamlar həm İran, həm də Suriya tərəfindən rədd edilib.

XS
SM
MD
LG