Accessibility links

BMT Əfqanıstandakı işçilərini təhlükəsiz məntəqələrə köçürür


BMT bildirir ki, təhlükəsizlik səbəbləri üzündən Əfqanıstandakı əməkaşlarının 600-nü müvəqqəti təxliyyə edəcək. BMT sözçüsü deyir ki, onun təşkilatı ölkədə fəaliyyət göstərən 1100 nəfərlik beynəlxalq işçi heyətinin yarısını ölkə daxlində və xaricində nisbətən təhlükəsiz məntəqələrə köçürəcək. Ötən həftə Taliban yaraqlıları Kabildə beynəlxalq qonaq evinə etdikləri hücum zamanı 5 xarici BMT işçisini qətlə yetirmişdilər. Bu arada NATO qüvvələri militantların şərqi Əfqanıstanda NATO patruluna hücumu zamanı bir Amerika öldürdüklərini xəbər verir. NATO Vardak və Xost vilayətlərinə militant olmaqda şübhəli bilinən 7 nəfəri öldürdüyünü bildirir.
XS
SM
MD
LG