Accessibility links

Fələstinlilər Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edəcək


Fələstinlilər ötən il Qəzza münaqişəsi zamanı Israilin yol verdiyi müharibə cinayətlərinə dair BMT və Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edəcəklərini bildirib. Fələstinin BMT-dəki müşahidəçisi Riyad Mənsur BMT-nin Baş Assambleyasını Riçard Qoldstonun hesabatını dəstəkləyən qətnamə qəbul edilməsinə səsləyib.

Hesabat İsrail və fələstinlilər tərəfindən insan hüquqları hallarının pozulmasına dair istintaq aparılmasına çağırır. Riyad Mənsur BMT də daxil edilməklə, beynəlxalq ictimaiyyəti qətnamələri tətbiq etməməklə, İsrailin Fələstin xalqına qarşı cinayətlərinin cəzasız qalmasına yardım etməkdə günahlandırıb.

Goldston hesabatında İsrailin hədsiz gücdən istifadə etdiyi, qəsdən mülki vətəndaşları hədəf aldığı və mülki infrastrukturu məhv etdiyi deyilir. Sənəddə Fələstinin silahlı qruplaşmaları mülki vətəndaşları hədəf almaqla yanaşı, raket hücumları ilə İsrailin cənub bölgələrində terror aksiyaları həyata keçirməkdə ittiham edilir.

Israilin BMT-dəki səfiri Qabriela Şalev hesabatın sülhə xidmət etmədiyini, əksinə, müzakirələrin bərpası səylərinə mane olduğunu deyib.

XS
SM
MD
LG