Accessibility links

Texasda ABŞ hərbi bazasında öldürülənlərin matəmi saxlanılır


Bu gün Texasda ABŞ hərbi bazasında öldürülənlərin matəmi saxlanılır. Fort Hud hərbi bazasının səlahiyyətli nümayəndələri dünən ordu həkiminin açdığı atəş nəticəsində 13 nəfərin öldürülüdüyünü və 31-nin yaralandığını bildirir. Hadisə əsgərlərin xaricə yola düşməyə hazırlaşdığı vaxt baş verib.

İlkin xəbərlərdə psixiator, mayor Nidal Malik Həsənin ordu və polislə atışma zamanı öldürüldüyü deyilmiş, lakin bir necə saat sonra general-leytenant Robert Kon onun sağ qaldığı bildirmişdi. Hücumun motivləri hələ bəlli deyil.Həsənin keçmiş həmkarlarından biri onun ABŞ-ın İraq və Əfqanıstan müharibəsinin əleyhinə olduğunu deyib.

Nidal Malik Həsən2003-cü ildə hərbi tibb institutunubitirmiş, iyul ayında Fort Hud hərbi bazasında işə düzələnədək6 il Uolter Rid hərbi tibb mərkəzində çalışmışdı.

ABŞ prezidenti Barak Obamahadisəni dəhşətli zorakılıq kimi qiymətləndirərək, Amerikanın hərbi qulluqçularının öz torpaqlarında hücuma məruz qalmasını qorxulu hal adlandırıb.


XS
SM
MD
LG