Accessibility links

Təbrizin örtülü bazarında yanğın baş verib


Təbrizin örtülü bazarında yanğın baş verib.Şahidlərin Amerikanın səsinə bildirdiyinə görə, bazarın böyük bir hissəsinə ziyan dəyib, lakin xəsarət alan olmayıb.Yanğın örtülü bazarın "İki qapı" adlanan hissəsində baş verib. Təbriz televiziyası ilə nümayiş etdirilən kadrlar yanğınla saatlarla davam edən mübarizəni göstərib.

Çərşənbə günü günortadan başlayan yanğını gecə yarısı söndürməyə nail olunub. Yanğının səbəbləri araşdırılır.

Yanğına neftlə işləyən lampanın aşmasının səbəb olduğu haqda şaiyələr gəzir. Alov yüzlərlə paltar və cəvahirat mağazalarını sıradan çıxarıb. Dünyanın ən böyük örtülü bazarı və yüzdən artıq yaşı olan Təbriz bazarı UNESKO-nun tarixi abidələr siyahısında yer alır.

XS
SM
MD
LG