Accessibility links

Əhməd Xatəmi:Qərb tədqiqat reaktorları üçün İranı nüvə yanacağı ilə təmin etməlidir


İranın sərt-xətt tərəfdarı ruhanisi Əhməd Xatəmi deyib ki, Qərb tədqiqat reaktorları üçün İranı nüvə yanacağı ilə təmin etməlidir. Cümə namazı zamanı danışan ayətulla Qərbin bunu etmədiyi təqdirdə, İranın yanacaq istehsal edəcəyini bildirib. Əhməd Xatəmi deyib ki, Tehran bu yanacaqdan xərçəng və digər xəstəliklərin tədqiqatında istifadə edəcək.

Bu arada İranın xarici işlər naziri Mənuçeht Mottəki Tehranın Beynəlxlaq Atom Enerjisi Agentliyinə uran zənginləşdirilməsinə dair təklifə cavabı ilə bağlı əlavə dəlillər təqdim edəcəyini bəyan edib. İran hələ BMT-nin dəstəklədiyi təklifə rəsmən cavab verməyib.


XS
SM
MD
LG