Accessibility links

NATO qoşunları səhvən 7 əfqan hərbçini öldürüb


Əfqanıstanın Müdafiə Nazirliyi bildirir ki, Badgis vilayətində NATO-nun hava hücumları zamanı səhvən əfqan təhlükəsizlik xidmətinin 7 üzvü öldürülüb. Nazirliyin bəyanatında deyilir ki, öldürülənlər arasında Əfqanıstan ordusunun əsgərləri və polislər də olub. Hazırda hadisə NATO və əfqan qüvvələri tərəfindən araşdırılır. Daha əvvəl isə NATO bildirmişdi ki, bölgədə 25 əfqan və beynəlxalq əsgər yaralanıb. Rəsmilər ilk olaraq hadisəyə görə yaraqlıları günahlandırsa da, sonradan əsgərlərin müttəfiqləri tərəfindən yaralandığını bildirib.
XS
SM
MD
LG