Accessibility links

ABŞ Dövlət katibi Hillari Klinton Avropa və Asiyaya səfərə başlayır


ABŞ Dövlət katibi Hillari Klinton bu gün Vaşinqtondan Avropa və Asiyaya yola düşüb.

Səfər zamanı xanım Kinton müttəfiq ölkələrlə Şimali Koreya və İranın nüvə ambisiyalarının qarşısını almaq, habelə Əfqanıstanda sabitlik məsələlərini müzakirə edəcək.

ABŞ-ın baş diplomatı Berlində nitq söyləyəcək, bundan sonra isə Almaniya kansleri Angela Merkel və dünyanın başqa liderlərilə Berlin divarının dağılmasının 20 illiyi münasibətilə təntənələrdə iştirak edəcək.

Lakin səhnə arxası görüşlərdə Almaniya və digər xarici ölkə liderlərilə danışıqlar İran və beynəlxalq ictimaiyyətin Tehranın nüvə proqramı ilə bağlı narahatlıqlarını azaltmaq məqsədilə az səviyyədə uranın xarici ölkədə zənginləşdirilməsi haqda irəli sürdüyü təklif ətrafında mərkəzləşəcək.

Berlindən Dövlət katibi Klinton Asiya-Sakit okenanı ölkələrinin sammitində iştirak etmək üçün Sinqapura yola düşəcək.

Sinqapur sammitində müzakirələrin diqqət mərkəzində Şimali Koreyanın nüvə ambisiyaları olacaq.

XS
SM
MD
LG