Accessibility links

Pakistanda intiharçı hücumu 12 nəfərin həyatına son qoyub


Pakistan rəsmiləri deyir ki, bü gün ölkənin şimal-qərbində bazarlardan birində baş vermiş intihatçı hücumu nəticəsində Taliban əleyhinə mübarizə aparan mer də daxil olmaqla 12 nəfər həlak olub, onlarla adam isə yaralanıb. Bundan əvvəl, bu gün səhər mer Əbdül Malikin Peşəvər yaxınlığındakı Matni ərazisində ona qarşı həyata keçirilmiş hücumdan canını qutara bildiyi xəbər verilmişdi. Rəsmilər deyir ki, bir zamanlar Taliban tərəfdarı olmuş Malik mövqeyini dəyişmiş və Talibana qarşı silahlı dəstə yaratmışdı. O, mövqeyini dəyişəndən sonra bir neçə dəfə hücuma məriz qalıb. Bazarda partlayış baş verən zaman isə orada alış-veriş edib, keçi alan insanlarla dolu olub. Heyvanlar qarşıdan gələn Qurban bayramı münasibətilə satılırdı.
XS
SM
MD
LG