Accessibility links

Türkmənistanda ətraf mühit fəalı azad edildikdən sonra ölkədən çıxarılıb


Human Rights Watch Türkmənistanın ətraf mühiti fəalı Andrey Zatikanı azadlığa buraxdığını, lakin onu ölkədən sürgün etdiyini bildirir.

Qərargahı Nyu Yorkda yerləşən insan hüquqları təşkilatı bildirir ki, Andrey Zatokanın beş illik cəza müddəti 350 dollar cərimə ödənməsinə dəyişdirilib və o, cümə günü azad edilib.

Human Rights Watch-un Avropa və Mərkəzi Asiya şöbəsinin direktoru Zatokaya qarşı ittihamların saxta olduğunu deyib və əlavə edib ki, o ümimiyyətlə həbs cəzası almalı deyildi.

Təşkilatın bildirdiyinə görə, Zatoka azad edildikdən sonra rəsmiləri onu ölkəni tərk etməyə və evindən imtina etməyə məcbur ediblər.


XS
SM
MD
LG