Accessibility links

İraq parlamenti seçki qanununu qəbul edib


İraq parlamenti yanvar ayında keçirilməsi planlaşdırılan ümummilli seçkilərin tələb etdiyi seçki qanununu qəbul edib. İraq qanunvericiləri neftlə zəngin qarışıq etnik tərkibə malik Kərkük şəhəri təmsilçiləri üçün yerlərin bölüşdürülməsinə dair başlıca mübahisəyə son qoyaraq, bu gün seçki qanununu təsdiqləyib. İraq kürdləri Kərkükün onların müxtar regionuna daxil edilməsini istəyirdi. Ancaq şəhərin bir çox ərəb və türkmən sakini belə bir addıma etiraz edərək, İraq mərkəzi hökumətinin nəzarətində qalmaq istəyirdirdilər. İraqın Seçki Komissiyasının sədri Fərəc Əl-Heydəri demişdi ki, qanunun qəbul olunmasında ləngimələr planlaşdırılmış yanvar seçkilərinin keçirilməsini çətinləşdirə bilər. İraq Baş naziri Nuri Əl-Maliki İraqda yeni xaos dalğası baş qaldıra bilməsi və zorakılıqların seçkilərin keçirilməsinin qarşısının ala bilməsi barədə xəbərdarlıq edib.
XS
SM
MD
LG