Accessibility links

Türkiyə Sudan prezidentinin İstanbulda İslam Konfransı təşkilatının zirvə görüşündə iştirak etməyəcəyini bildirir


Türkiyə rəsmiləri Sudan prezidenti Ömər əl-Bəşirin bazar ertəsi İstanbulda keçiriləcək İslam Konfransı təşkilatının sammitində iştirak etməyəcəyini bildirirlər.

Türkiyə cənab Bəşirin həbsi haqda beynəlxalq orderin verilməsinə baxmayaraq, keçən həftə onun sammitə qatılacağını bildirmişdi. Bununla belə, Türkiyə rəsmiləri prezident Bəşirin sammitə gəlməyəcəyini öyrəndiklərini deyiblər.

Avropa İttifaqı Sudan prezidentinin sammitdə iştirakı ilə bağlı etirazını bildirmişdi.

Müharibə cinayətlərinə dair beynəlxalq tribunal prezident Bəşirə qarşı Sudanın Darfur regionunda müharibə cinayətləri törətmək ittihamları irəli sürüb.


XS
SM
MD
LG