Accessibility links

İsrailin baş naziri Benyamin Netanyahu Şimali Amerika yəhudi liderlərinin forumunda iştirak etmək üçün Vaşinqtona gəlir


İsrailin baş naziri Benyamin Netanyahu Şimali Amerika yəhudi liderlərinin forumunda iştirak etmək üçün Vaşinqtona yola düşüb, lakin onun ABŞ prezidenti Barak Obama ilə görüşüb-görüşməyəcəyi məlum deyil.

Benyamin Netanyahu Şimali Amerikanın yəhudi federasiyalarının Vaşinqtonda keçirilən illik forumunda çıxış edəcək.

Təşkilatın sözçüsü Nir Hefets deyib ki, cənab Netanyahu prezident Obama ilə görüşmək imkanından çox məmnun olardı, lakin hələlik belə bir görüşün keçiriləcəyi təsdiq edilməyib.

Obama administrasiyası cənab Netanyahu və Fələstinlilərin prezidenti Mahmud Abbasa sülh danışıqlarına qayıtmaq üçün aylardır təzyiq göstərir.

İsrail hökumətinin sözçüsü ABŞ-İsrail münasibətlərində hər hansı bir gərginliyin olduğunu rədd edib və deyib ki, iki müttəfiq ölkənin liderinin vəzifə başına yeni keçməsindən sonra şəxsi münasibətlər qurması vaxt tələb edir.


XS
SM
MD
LG