Accessibility links

Asiya-Sakit Okean Hövzəsi ölkələrində iqtisadi artım qeydə alınıb


Asiya-Sakit Okean Hövzəsi (APEK) İqtisadi Forumu 21 üzv ölkələrdən yarısının iqtisadi durumlarında yaxşılaşmanı göstərən sorğunun nəticələrini açıqlayıb. Bu gün APEK-in Sinqapurda açıqladığı sorğu göstərir ki, iyuldan bəri ticari maliyyə durumu nağd pulun çoxluğu üzündən yaxşılaşıb. 19 APEK ölkələrindən 12-si şirkətlərinin maliyyə vəsaitlərinə çıxışında problem olmadığını xəbər veririlər. Hesabatda 21 üzv ölkədən hansılarında sorğular aparıldığı açıqlanmayıb. APEK-in ticarət və investisiya komitəsinin sədri Elizabet Çelliah deyir ki, qurum daxilində azad ticarətin bərqərar olunmasına doğru irəlilədikcə üzvlər azad tiracət razılaşmalarında nəyin effektiv olduğunu öyrənməlidirlər.

XS
SM
MD
LG