Accessibility links

Berlin Divarının çöküşünə tarixçi baxışları


Berlin Divarının çökməsinin tarixi əhəmiyyətini vurğulayan tarixçi Eldar İsmayılov bu hadisənin ardınca Şərqi Avropada və keçmiş Sovet İttifaqı məkanında azadlıq dalğasının yayıldığını bildirdi. Onun sözlərinə görə kommunizmin süqutu bir çox millətləri həqiqi istiqlaliyyətə və insanları azadlığa qovuşdurdu. Soviet İttifaqının dağılmasının başlıca səbəblərinə toxunan cənab İsmayılov bildirdi ki, Sovet sistemi qüsurlu bir sistem idi. Bu rejim partiyanın inhisarına, kommunist ideologiyasının aliliyinə və repressiya apparatına əsaslanırdı. O vaxtkı Sovet lideri Mixail Qorbaçovun islahatlar səyi Sovet sisteminin təməllərinə öldürücü zərbə endirdi. Bunun nəticəsi olaraq Azərbaycan kimi ölkələr müstəqillik qazana bildi. Azərbaycanda hazırkı durumun lazımi səviyyədə qənaətbəxş olmadığını söyləyən Eldar İsmayılov əlavə etdi ki, kommunizm dövrü ilə müaqyisədə Azərbaycanda müsbət irəliləyişlər var. Ən azı indi insanlar sərbəst gediş-gəliş hüququna malikdirlər və ölkədə müəyyən demokratik standartlar mövcuddur.
XS
SM
MD
LG