Accessibility links

İraqda parlament seçkilərinin yanvarın 21-də keçirilməsi təklif edilib


İraqın Seçki Komissiyasının sədri Fərəc Əl-Heydəri parlament seçkilərinin əvvəlcə planlaşdırıldığı tarixdən 5 gün sonra, yəni yanvar ayının 21-də keçirilməsini təklif edib. Əl-Heydəri deyib ki, təklif prezident şurası tərəfindən təsdiq edilməlidir. Parlament seçki qanunu təsdiq etməklə ümümmili seçkilərin baş tutmasını təmin edib.

Dünən qanunvericilər kürd, ərəb və türmən icmalarının yaşadığı Kərküklə bağlı razılıq əldə ediblər. Yeni qanun Kərkükdə səsvermə qeydiyyatına xüsisi şəkildə diqqət verilməsini nəzərdə tutur. Qanunvericilərin bəzisi kürdlərin mənafeyinə olan hazırkı, digərləri isə ərəblərin xeyrinə olan 2004-cü il səsvermə qeydiyyatının nəzərə alınmasını istəyirdi.


XS
SM
MD
LG