Accessibility links

İranda həbc edilən Amerika vətəndaşlarına qarşı casusluq ittihamı irəli sürülüb


İranın rəsmi İRNA xəbər agentliyinin bildirdyinə görə, İranda həbs edilən üç ABŞ vətəndaşına qarşı casusluq ittihamı irəli sürülüb. Həmin amerikalılar iyul ayının 31-i İraqın şimalından İran sərhədlərini qeyri-qanuni keçərkən həbs edilmişdilər. Bu gün Berlində etdiyi çıxışı zamanı Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton bir daha İran rəsmilərini amerikalıları azad etməyə çağırıb. İranda həbs edilən amerikalılar Şeyn Bayer, Sara Şourd və Coş Fattalın ailələri keçən həftə İrandakı İsveç diplomatlarının dustaqlara baş çəkmək üçün Tehrandakı Evin həbsxanasına getdikləri barədə açıqlama vermişdilər. İsveç diplomatlarının Evin həbsxanasına ilk dəfə sentyabr ayında, ikinci dəfə isə keçən həftənin cümə axşamı getdikləri bildirilir.

XS
SM
MD
LG