Accessibility links

Almaniyada Berlin divarının dağlımasının 20 illiyi qeyd edilir



Almaniya kansleri Angela Merkel keçmiş sovet prezidenti Mixail Qorbaçova iyirmi əvvəl Berlin divarının dağılmasına yol açmış dəyişikliklərə görə təşəkkürünü bildirib.

Mixail Qorbaçov və Polşanın keçmiş prezidenti Lex Valesa ilə əhatə olmuş xnım Merkel bunları Berlin divarının dağılmasının 20 illiyi münasibətilə təntənələr zamanı deyib.

“Siz bunu mümkün etdiniz”-deyə o, Berlinin minlərlə insanın toplaşdığı Bornholmer körpüsündə çıxışıamanı cənab Qorbaçova üz tutdu. Körpü 1989-cu il noyabrın 9-u şərqi və qərbi Berlin arasında ilk keçid olmuşdur.

Berlin divarının dağlıması Almaniyanın birləşməsi və şərqi Avropada kommuniz sisteminin süqutuan gətirib çıxarmışdır. Avropa ölkələrinin liderləri və Birləşmiş Ştatların yüksək səviyəli rəsmiləri Almaniya kansleri Angela Merkellə təntənələrə qatılmaq üçün Berlindədir.

Keçmiş sovet prezidenti Mixail Qorbaçov, Polşanın keçmiş prezidenti Lex Vaçesa, Britaniyanın baş naziri Qordon Braun, Fransa və Rusiya prezidentləri Nikla Sarkozi və Dmitri Medvedev qonaqlar arasındadır.

ABŞ Dövlət katibi Hillari Klinton və Birləşmiş Ştatların keçmiş diplomatları Amerikanın nümayəndə heyətinin tərkibindədir.

Kommunist şərqi Almaniyanın möhkəm mühafizə olunan sərhəddi 1989-cu il noyabrın 9-da demokratiya tərəfdarlarının bir həftə sürən etiraz nümayişlərindən sonra dağıldı. Şərqi Almaniyadan minlərlə insan yoxlama məntəqələrindən qərbə özü tutdu.

Almaniya rəsmilərinin bildirdiyinə görə, “Azadlıq Festivalı” adı ilə keçən təntənələrdə yüz mindən çox insanın iştirak edəcəyi gözlənilir. 1961-1989-cu illər ərzində sərhəddi keçməyə cəhd göstərib həlak olan 136 adamın xatirəsinə anım mərasimi keçirilmişdir.

ABŞ Dövlət katibi bildirib ki, Vaşinqton və Avropa müttəfiqləri ekstremizm, nüvə silahlarının yayılmaması və qlobal iştiləşmə kimi bu günün problemlərini Soyuq müharibədə qələbəni təmin etmiş eyni əzmkarlıqla həll etməlidir.

XS
SM
MD
LG