Accessibility links

İran Azərbaycanla parlamentlərarası əlaqələri genişləndirmək istəyir


İranın İslam Şurası Məclisinin sosial məsələlər komissiyasının sədri Süleyman Cəfərzadənin başçılığı ilə İranın parlament nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.
Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, İranın parlament nümayəndə heyəti Milli Məclisdə, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman Nazirliklərində, Dövlət Sosial Müdafiə Fondunda görüşlər keçirəcək.
İslam Şurası Məclisinin sosial məsələlər komissiyasının sədri Süleyman Cəfərzadə bildirib ki, İran və Azərbaycan xalqları arasında dostluq əlaqələrini heç kim poza bilməz. “Səfərimizin məqsədi ölkələrimizin, xüsusilə parlamentlərimizin dostluq və qardaşlıq münasibətlərini daha da inkişaf etdirmək, qanunverici orqanlar arasında əməkdaşlığı genişləndirməkdir”.
Onun dediyinə görə, iranlı deputatlar beynəlxalq təşkilatlarda azərbaycanlı həmkarlarını daim dəstələmiş və bundan sonra da dəstəkləyəcək. “İran Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır”.

XS
SM
MD
LG