Accessibility links

Berlində Nobel mükafatları laureatlarının zirvə görüşü keçirilib


Keçmiş sovet prezidenti Mixail Qorbaçov Berlində 22 Nobel sülh mükafatı laureatı ilə görüş keçirib.

Görüşdə iştirak edən Avropa komissiyasının prezidenti Xose Manuel Barroso gələn ay Kopenhagendə iqlim dəyişikliyinə dair konfransla bağlı nikbinliyini ifadə edib. İki gün davam edən konfrans çərçivəsində danışan Barroso müxbirlərə deyib ki, Kopenhagendə razılaşmanın əldə edilməsi mümkündür. O hələ də çox böyük fikir ayrılıqlarının mövcud olduğunu etiraf edib, lakin bununla belə, razılaşmanın əldə edilə biləcəyinin mümkün olduğunu əlavə edib.

Bu açıqlamalardan öncə Nobel laureatlarının görüşündə danışan Barroso Birmanın müxalifət lideri Aunq San Suu Kyini fövqəladə cəsarətə malik bir qadın adlandırıb.

Berlində Nobel Sülh mükafatı laureatlarının 10-cü Dünya sammitində iştirak edənlər arasında Cənubi Afrikanın keçmiş prezidenti de Klerk, Polşanın keçmiş prezidenti Lex Valesa və Banqladeşdən mikro-kredit bank təsisçisi Məhəmməd Yunus da olublar.

XS
SM
MD
LG