Accessibility links

Barak Obama administrasiyasının Çinə lazımi təzyiq göstərməməsinə dair tənqidləri rədd edib


ABŞ prezidenti Barak Obama administrasiyasının insan hüquqları kimi vacib məsələlərdə Çinə lazımi təzyiq göstərməməsinə dair tənqidləri rədd edib. Prezident bu ay Asiya səfəri zamanı Çin prezidenti Hu Tsuntau ilə bu məsələni qaldıracağını bildirib.

ABŞ dövlət başçısı Çin prezidenti ilə müzakirələrinin iqlim dəyişikliyi, ticarət və insan hüquqları sahələrini əhatə edəcəyini deyib. Barak Obama bütün bəyanatlarının insan hüquqları öhdəliklərinə müvafiq olduğunu bildirib.

ABŞ prezidentinin Asiya səfəri cümə axşamı günü başlayır.

XS
SM
MD
LG