İspaniyaya
məxsus İberiya hava yollarşı şirkətinin ən azı 180 reysi işçilərin tətili
səbəbilə ləğv edilib. İşçilər əmək haqlarının artırılmasını tələb edirlər.
Şirkət bildirib ki, uzun məsafəli uçuşların çoxu qaydasında olacaq. Tətili
həmkarlar ititfaqı şirkət rəsmiləri ilə mübahisədə olan uçuş heyətləri üçün
çağırıb. Oktyabr ayında keçirilən oxşar tətil 400 uçuşun ləğv edilməsi ilə
nəticələnmişdi.