Accessibility links

Pakistanda son 3 gündə üçüncü intiharçı hücumu olub


Pakistanın şimal-qərbində intiharçı hücumu nəticəsində azı 20 nəfər həlak olub, 50 nəfər isə yaralanıb. Rəsmilərin sözlərinə görə, bazar yaxınlığında işə düşən bomba Peşəvər yaxınlığındakı Çarsada şəhərinin bir neçə binasını dağıdıb. Bu, son 3 gündə ərazidə baş verən 3-cü bomba partlayışıdır. Dünən Peşəvər şəhərində intiharçı hücumu 3 nəfərin ölümü, 13 nəfərin yaralanması ilə nəticələnmişdi.
XS
SM
MD
LG