Accessibility links

İsrail açıqladığı sənədlər və foto-şəkillərin silah yükünün İrandan gəldiyini sübut etdiyini bildirir


İsrail bildirir ki, açıqlanan sənədlər və foto-şəkillər keçən həftə müsadirə edilmiş böyük həcmdə silah yükünün İrandan gəldiyini sübut edir.

Israil komandosları gəmini Kipr yaxınlığında saxlamışdı. İsrail rəsmiləri gəminin İrandan Livanın militant Hizbullah qrupuna göndərilmək üçün Suriyaya 500 ton silah daşdığını bildirirlər.

Foto-şəkillərdə gəmidəki yüklərin üzərində İran İslam republikasının nişanı olduğu göstərilir. Hərbi qüvvələr habelə açıqlanan sənədlərin də yükün İrandan gətirildiyini sübut etdiyini göstərdiyini bildirib .

BMT İrandan silah daşınmasına qadağa qoyub.

İran və Hizbullah bu iddiaları rədd edir.

XS
SM
MD
LG