Accessibility links

Pakistanın Əfqanıstanla sərhəddində insidentlər davam edir


Bu gün Pakistanın Əfqanıstanla sərhəddində şimal-qərb hissəsində qəbilələrin yaşadığı Mohmand regionunda baş verən partlayış nəticəsində Pakistanın yarı-hərbi dəstələrinin 8 əsgərinin həlak olduğu xəbər verilir. Həmin regiondan alınan digər xəbərdə isə yaralılarla hərbçilər arasında baş verən qarşıdurma zamanı iki əsgərin öldüyü, azı 8 əsgərin itkin düşdüyü bildirilir.

Rəsmilər eləcə də, hərbi qüvvələrin hava hücumları zamanı yaraqlı olmaqda şübhəli bilinən 10 nəfərin öldürüldüyünü xəbər verirlər. Hərbi hava qüvvələrinin hücumları bundan bir gün əvvəl 30 nəfərin ölümü, onlarla insanın yaralanmasına səbəb olmuş intiharçı hücumundan sonra həyata keçirilmişdir.

XS
SM
MD
LG