Accessibility links

Yəmən və Birləşmiş Ştatlar arasında hərbi əməkdaşlığa dair razılıq imzalanıb


Yəmənin rəsmi xəbər agentliyi Saba-nın verdiyi məlumata görə, Yəmən Birləşmiş Ştatlarla hərbi sahədə əməkdaşlığa dair müqavilə imzalayıb.

Hərbi və təhlükəsizlik sahələrində əməkdaşlığa dair sənədin iki gün sürən danışıqlardan sonra dünən paytaxt Sanada imzalandığı bildirilir. Birləşmiş Ştatlar rəsmiləri bu məlumatı dərhal təsdiqləməyiblər.

Yəmən İranın dini qurumlarını ölkənin şimalında şiə üsyançıları maliyyəşdirib onlara dəstək verməkdə ittiham edir. Şiə üsyançılar 2004-cü ildən özlərinin dediyi kimi Yəmən hökuməti tərəfindən göstərilən təzyiqlərə qarşı mübarizə aparır.

Yəmən hökuməti keçən ay Huti üsyançılarına silah daşıyan İran gəmisini saxladığını bildirir.


XS
SM
MD
LG