Accessibility links

Rusiya Ukraynaya xəbərdarlıq verib


Rusiyanın baş naziri Vladimir Putin Ukraynaya qaz təminatının kəsiləcəyi barədə xəbərdarlıq verib. Xəbərdarlıq Avropanın qış aylarında yenidən qaz qıtlığı problemi ilə üzləşəcəyi təhlükə mahiyyəti daşıyır. Ötən ildən bəri Rusiyanın baş naziri Vladimir Pitin enerji məsələsinin Avropa liderləri ilə müzakirəsinə başlayıb.

May ayında o, Macarıstanın baş naziri ilə görüşüb, Cənub Axını qaz kəməri layihəsinin Ukraynadan yan keçməklə inşasını sürətləndirmək istiqamətində addımlar atıb. Oktyabr ayında Putin layihə ilə bağlı italiyalı həmkarı ilə danışıqlar aparıb. Noyabr ayının 2-i isə Danimarka hökumətinin başçısı ilə görüşündən sonra Vladimir Putin Avropaya kəskin xəbərdarlıqla müraciət edərək, Rusiyaya Ukrayna qazının ödənişlərinin Avropa tərəfindən edilməsini tələb edib.

Ukraynanın baş naziri Yiliya Timoşenko Ukraynanın oktyabr ayı üçün Rusiyaya artıq 500 milyon ödədiyini bəyan edib. O, Ukrayna prezidenti Viktor Yuşenkonun Ukraynanın Milli Bankı vasitəsi ilə ödənişlərə mane olduğunu deyib. Yuşenko isə öz növbəsində Timoşenkonu Rusiyanın xeyrinə müzakirələr aparmaqda günahlandırıb. Qeyd edək ki, onların hər ikisi də yanvar ayı prezident seçkilərinə namizəddir.

Eyni zamanda Finlandiya və İsveç Şimal axını qaz kəmərinin inşası barədə razılıq əldə edib. Şimal axını da Ukraynadan yan keçməklə Rusiya qazını Baltik dənizi vasitəsi ilə Avropanın şimal bölgələrinə nəql edəcək. Estoniyanın müdafiə naziri Jaak Aviksoo Moskvanı siyasi oyunlara görə günahlandırır.Nazirin dediyinə görə, şimal və cənub layihələrində mərkəzi Avropa ölkələrinin kənarda qalması siyası qərardır.

Avropa ölkələri isə digər bir layihə-Nabukko ilə bağlı müzakirələr keçirir. Amerikanın dəstəyini əldə edən bu kəmər Rusiyadan yan keçməklə, Asiya və Yaxın Şərq ölkələrinin qazını Avropaya nəql etməlidir.


XS
SM
MD
LG