Accessibility links

İnquşetiyada 3 yaraqlı öldürülüb


Rusiya rəsmiləri deyir ki, polis İnquşetia vilayətində 3 yaraqlını öldürüb. Onların sözlərinə görə, polis yoxlama məntəqəsində saxlanılan şəxslər atəş açmağa başlayıb. Cavab atəşi açan polis silahlı şəxsləri öldürüb. Rusiya polisi deyir ki, onlardan birinin avqust ayında öldürülən cinayətkar Əbdül-Malik Əliyevin dəstəsinin üzvü olduğu müəyyən edilib. İnquşetiya və Çeçenistan da daxil olmaqla Rusiyanın Şimali Qafqaz regionunda zorakılıqların artdığı müşahidə olunur. Əsasən müsəlmanların yaşadığı İnquşetiya Rusiyanın ən yoxsul regionudur.
XS
SM
MD
LG