Accessibility links

Azərbaycan hökuməti bloggerlərin məhkum olunmasına görə pislənilir


Beynəlxalq insan hüquqları qrupları və ABŞ Azərbaycan hökumətini iki müxalifətçi internet fəalına həbs hökmü verdiyinə görə pisləyib. Azərbaycanda məhkəmə Adnan Hacızadə və Emin Millini iki il və iki il yarım azadlıqdan məhrum edib. Onlara qarşı irəli sürülən ittiham iyul ayında Bakıda bir restoranda baş verən dalaşmadan qaynaqlanır. Xuliqanizm və yüngül bədən xəsarəti yetirməkdə günahlandırılan bloggerlər onlara mülki geyimli polis tərəfindən hücum edildiyini deyirlər. Bu həbslər Adnan Hacızadənin eşşək geyimində mətbuat konfransı keçirərək prezident İlham Əliyevi yamsılamasından sonra baş vermişdi. Rəsmilər həbslərin bloggerlərin internet fəaliyyəti ilə heç bir əlaqəsi olmadığını israr edir. ABŞ Dövlət Departamenti məhkəmə qərarını Azərbaycanda "demokratik islahatlara doğru proqresi geriyə atan addım" kimi dəyərləndirib. Bloggerlərin məhkum olunmasını Amnesty International, Human Rights Watch, ATƏT kimi qurumlar da pisləyiblər.
XS
SM
MD
LG