Accessibility links

Prezident Obama Asiya ilə sıx əməkdaşlığa öhdəlik götürüb


ABŞ prezidenti Barak Obama Tokyoda söylədiyi nitqdə Çinlə əməkdaşlığı gücləndirməyə və Amerikanın Asiyadakı rolunu artırmağa söz verib. Prezident Obama bildirib ki, ABŞ Çini təcrid etmək niyyətində deyil və bu ölkənin dünya səhnəsində artan rolunu müsbət qarşılayır. Lakin o, əlavə edib ki, Amerika öz dəyərlərini müdafiə etməkdən çəkinməyəcək, və insan hüquqları ilə bağlı diskussiyalar əməkdaşlıq ruhu çərçivəsində aparıla bilər. İndoneziyadakı uşaqlıq illərindən söz açan prezident Obama Amerikanln Asiya ilə sıx tellərini önə çəkib. O, Vaşinqtonun Asiyanın təhlükəsizliyinə olan öhdəliyini “möhkəm” adlandırıb. Çıxışında prezident həmçinin nüvə silahlarının proliferasiyasından, iqlim dəyişikliyindən və qlobal iqtisadi tənəzzüldən danışıb.
XS
SM
MD
LG