Accessibility links

Asiya-Sakit Okean Hövzəsi ölkələrinin liderləri Sinqapurda toplaşıb


Asiya-Sakit Okean hövzəsinin iqtisadi əməkdaşlıq şurasının liderləri Sinqapurda görüşülər. Görüşdə iştirak etmək üçün ABŞ prezidenti Barak Obama da Sinqapura gəlib. İqtisadi əməkdaşlıq şurasına 21 ölkə daxildir. Liderlər qlobal iqtisadiyyatı dirçəltmək üçün üzv ölkələri əməkdaşlığa səsləyiblər. Asiya-Sakit Okean hövzəsinin iqtisadi əməkdaşlıq şurasının liderləri qlobal iqtisadiyyatın hələ də zəif olduğundan narahatlıqlarını bildiriblər. Rusiya prezidenti Dmitri Medvedev qlobal iqtisadi böhrandan xilas olmaq üçün şuranı beynəlxalq sahədə əməkdaşlığa çağırıb. Avstraiyanın baş naziri Kevin Rad əməkdaşlıq üçün yeni model barədə söz açıb. O, təşkil ediləcək yeni şuraya Asiya-Sakit Okean İcması adı verilməsini təklif edib. Yaradılacaq icmanı o, Avropa Birliyinə bənzədib. Çin prezidenti Hu Cintao deyib ki, beynəlxalq ticarətin açıqlığı və himayədarlığın azaldılması dünya iqtisadiyyatının dirçəlməsinə yardım edə bilər.
XS
SM
MD
LG