Accessibility links

Prezident Obama  ilk rəsmi səfərlə Çindədir


ABŞ prezidenti Barak Obama Çinə ilk rəsmi səfərinə başlayıb. Çin rəsmilərilə danışıqların diqqət mərkəzində iqtisadiyyat və iqlim dəyişikliyi məsələlərinin olacağı gözlənilir.

Cənab Obamanın Çinə səfərinin ilk dayanacağı Şanxaydır. Burada o, bazar ertəsi günü şəhər rəsmiləri və universitet tələbələrilə görüşəcək.

Ağ Evin bildirdiyinə görə, prezident Obama tələbələrlə görüşdə ABŞ-Çin münasibətləri haqda danışacaq. ABŞ prezidenti ona adutoriyadan verilən və müxtəlif insanların İnternet və Çindəki Amerika səfirliyi vasitəsilə göndəridyi suallara cavab verəcək.

Cənab Obama bundan sonra Çin liderlərilə görüşmək üçün Pekinə yollanacaq.

ABŞ prezidenti deyib ki, Vaşinqton pekinlə əməkdaşlığın gücləndirilməsinin istəyir.

XS
SM
MD
LG