Accessibility links

İran parlamenti prezident Əhmədinejadın kabinetinə yeni nazirləri təsdiq edib


İranın dövlətə məxsus mətbuatının bildirdiyinə görə, parlament prezident Mahmud Əhmədinejadın namizədliyini irəli sürdüyü digər kabinet üzvlərini də təsdiq edib.

İran qanunvericiləri bu gün parlamentin üzvü Həmid Reza Hacıbabayini təhsil naziri vəzifəsinə təyin olunmasının lehinə səs verib. Parlament həmçinin keçmiş Daxili İşlər naziri Sadiq Məhsulini yeni sosial təminat naziri, Energetika nazirinin keçmiş müavini Məcid Nəmcuiyini isə yeni enerji naziri təsdiq edib.

İran parlamenti cənab Əhmədinejadın kabinetə irəli sürdüyü namizədlərdən 18-i təsdiq etmişdi, lakin bu üç vəzifəyə irəli sürülmüş əvvəlki namizədlərin əleyhinə səs vermişdi.


XS
SM
MD
LG