Accessibility links

Pakistanda taliban əleyhdarı iki qəbilə başçısı hücuma məruz qalıb


Pakistanda militantlar ölkənin şimal-qərbində hökumət tərəfdarı iki qəbilə başçısının evinə hücum edərək, onlardan birini qətlə yetiriblər.

Pakistan polisinin bildirdiyinə görə, silahlı şəxslər Taliban əleyhdarı qəbilə başçısı Malik Şer Zamanı onun Bacur regionunda yerləşən evində güllə ilə vurub öldürüb, binanı partladıblar.

Daha bir hücumun hədəfi isə Peşəvər şəhəri yaxınlığındakı bir kəndin merinin evi olub. Polisin bildirdiyinə görə, qadınların geydiyi bürgə altında gizlənən hücumçular merin evinə yaxınlaşıblar. Mühafizəçilər onlara atəş açmış, atışmada üç hücumçu öldürülmüş, qalan üçü isə qaçmışdır.

Mer xəsarət almayıb. O, Pakistan hökumətinə Taliban əleyhinə mübarizədə kömək üçün yerli hərbi dəstə yaratmışdır.


XS
SM
MD
LG