Accessibility links

İranın birinci xanımı BMT-nin ərzaq sammitində çıxış edib


İranın birinci xanımı Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının iclasında çıxış edib.

İran prezidenti Mahmud Əhmədinejadın xanımı Əzəm əl-Sədət Fərahi təşkilatın Romadakı qərargahında sammitdən öncə dövlət başçılarının xanımlarının keçirdiyi iclasda iştirak edib.

Xanım Fərahi kürsüyə çıxmayaraq, öz çıxışını oturduğu yerindən edib.

Sammitdə dünyanın 60 ölkəsinin dövlət başçısı iştirak edir.

İtaliyanın xəbər agentliyi ANSA-nın verdiyi məlumata görə, xanım Fərahi İranı yoxsulluqla mübarizədə misal gətirərək deyib ki, onun ölkəsində mövcud dini təlimə görə bütün ailələr ərzaqla təmin edilməlidir.


XS
SM
MD
LG