Accessibility links

Əfqanıstan hökuməti korrupsiyaya qarşı mübarizə aparacağını bildirir


Əfqanıstan hökuməti bildirir ki, yüksək vəzifəli hökumət rəsmilərinin rüşvət almalarını yoxlamaq və korrupsiyaya qarşı mübarizə aparmaq məqsədilə yeni bir heyət yaradacaq. Daxili işlər naziri Hənif Atmar bu gün Kabildə müxbirlərə deyib ki, Birləşmiş Ştatların Federal Təhqiqat Bürosu, Britaniyanın Scotland Yard və Avropa Birliyinin ELOPE idarəsinin əməkdaşları təşkil ediləcək heyətin üzvlərinə təlim keçəcək. Əfqanıstanın nəzarət və anti- korrupsiya idarəsinin başçısı Məhəmməd Yasin Osmani bu yaxınlarda Amerikanın Səsinə demişdi ki, Əfqan hökuməti gələn altı ay ərzində korrupsiyanı azaltmaq yönümündə əməli tədbirlər görməlidir. Prezident Həmid Karzay korrupsiyaya qarşı mübarizə aparmaq üçün beynəlxalq ictimaiyyətin təzyiqlərinə məruz qalıb
XS
SM
MD
LG