Accessibility links

ABŞ-Çin sammiti əməkdaşlıq vədləri ilə başa çatdı


ABŞ prezidenti Barak Obama və onun çinli həmkarı Hu Cintao Pekində keçirdikləri zirvə toplantısında iqlim dəyişikliyi, nüvə tərk silahı və başqa qlobal məsələlər üzrə birgə işləyəcəklərinə söz veriblər. Xoş məramın ifadə edilməsindən savayı görüşdə başqa ciddi irəliləyiş baş verməyib. Cənab Obama fürsətdən istifadə edərək insan hüquqları məsələsini qaldırdı və Çini öz pul vahidinin dəyərinin artmasına imkan verməyə səslədi. Xüsusi olaraq ABŞ prezidenti Tibetdən söz açdı və Çin rəhbərliyini mühacirətdə olan lider Dalay Lama ilə danışıqlara başlamağa çağırdı. Görüşdən sonra media ilə danışan cənab Obama bildirdi ki, hər iki millət 21-ci əsrin sınaqları ilə üzləşir. Cənab Hu görüşdə proqres əldə edildiyini söyləyərək ümumi sınaqlara sinə gərmək üçün konkret əməllərə səslədi.
XS
SM
MD
LG