Accessibility links

Təbrizli  fəal  və həyat yoldaşına bir il həbs cəzası verilib


Culfa Beynəlxalq Universitetinin müəllimi Alirıza Fərşi (Dizəce Yekan) və onun xanımı, Tehranda çıxan yaşmaq jurnalının keçmiş redaktoru Siyma Didar Təbrizin İnqilab məhkəməsinin hökmü ilə bir il həbsə məhkum olublar.

İnqilab məhkəməsi onların hər birinə bir il azadlıqdan məhrum etmə cəzası verib. Amma bu hökm qəti deyil, beləki ya ittiham olunanların özləri ya da vəkilləri qərara etiraz edə, yuxarı məhkəməyə apellyasiya şikayəti verə bilər.

İnqilab məhkəməsinin üçüncü şöbəsinin hakimi Əlinejad bu hökmü verib. Həmin hökmün surəti internetdə yayılıb. Hakim hökmdə deyir ki, onların hər biri iki maddə ilə ittiham olunur;
“Xalqın mücahidlərinin”in üzvü olmaq və “İran İnqilabı əleyhinə təbliğat aparmaq”da.

Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Təşkilatının yaydığı xəbərə görə hökmdə deyilir ki, Dadsitan/ prokuror onları Xalqın Mücahidlərinin üzvü olduğunu irəli sürsə də məhkəmə bu ittihama dair dəlil tapılmadığına görə onu rəd etdi amma onların May ayının 22-sində Şahgölündəki tədbirdə plakat qaldırmaqla rejim əleyhinə fəaliyyətdə təqsirkar olduqlarına hökm verərək hər birinə bir il azadlıqdan məhrum etmək cəzası verdi.

Xalqın Mücahidləri İran hökumatinə qarşı silahlı mübarizə aparır və bu təşkilata üzv olmaq ittihamının cəzası ölüm ya da ağır həbs cəzasıdır.

Amerikanın səsininə verdiyi məlumata görə Fərşi dörd ay öncədən başına nə gələcəyini bilirmiş. Ona görə də, İranın müxtəlif siyasi, məhkəmələrinin rəisi, İranın Azad Adli universitəsinin rəisi və hətta öz məhkəməsinin hakiminə məktublar yazıb və özünün günahsız olduğu barədə məlumat verib. Ancaq hələ də, onun müraciətlərindən bir nəticə əldə edilməyib.

Fərşi İranın lideri Ayətullah Əli Xameneyiyə xitabən yazır ki, mən özüm Şəhid “Bəhmən-in” balasıyam, Culfa şəhərinin Beynalxalq Universitəsinin müəllimiyəm, İranın məktəbləri və universitələri açılan gün tutulmuşam. 45 gün İttilaat İdarəsində və 51 gün də Təbriz zindanında qalmışam.

Qeyd etməlidir ki, Xordad ayının biri may ayının 22-nin barabərdir və bu gün İranda məktəblər açılan gündür ki, İranda yaşayan türklər o günü dövlətin ayrıseçkilik siyasətinə etiraz günü adlandırıblar və həmin gün bir çox Türk İranlılar etiraz nümayişləri keçiriblər. Nümayişlər zamanı ən azı 15 nəfər Təbrizdə həbs olunub.

Sima xanım Diydar Tehran Universitesində dərs oxuyanda 'Yaşmaq' adlı bir Türk dilində dərginin redaktoru olub. Siyma xanım ərinin tutulmasından iki ay keçəndən sonra, həyat yoldaşının azad olunması üçün fəaliyyətə başladı. Sima xanımın bu fəaliyyətindən sonra o və Əlirızanın o zamanki vəkili həbs edildi. Bir ay həbsdə qalandan sonra xanım Diydar zaminə buraxıldı. Əlirıza Fərşi də 3 ay həbsdən sonra zaminə buraxılmışdı.

( Amerikanın səsinin əməkdaşı İnsafəli Hidayətin Əlirıza Fərşi və Sima Diydarla müsahibəsini çərşənbə günkü radio verilişində dinləyə bilərsiniz)

XS
SM
MD
LG