Accessibility links

NATO-nun baş katibi Əfqanıstana əlavə qüvvə göndərilməsinə razı olduğunu bildirib


NATO-nun baş katibi Anders Foq Rasmussen NATO Assambleyasında etdiyi çıxışı zamanı Birləşmiş Ştatlar və digər NATO ölkələrinin son aylar Əfqanıstanda üsyançıların hücumlarını artırdığı bir vaxt bu ölkəyə əlavə qüvvə göndərilməsinə razı olduğunu deyib. NATO baş katibi NATO qüvvələrinin orada qalmaqda davam edəcəyini və ABŞ prezidenti Barak Obamanın bu ölkəyə əlavə hərbi qüvvə göndərəcəyini bildirib.

Britaniyanın baş naziri Gordon Braun 2010-cu ildən başlayaraq Britaniya ordusunun fəaliyyətini, Əfqanıstanın təhlükəsizlik qüvvələrinə təhvil verməyə başlayacağını və gələn ilin əvvəlində Londonda keçiriləcək sammitdə bu məsələni müzakirəyə çıxaracağını deyib.

Britaniyanın xarici işlər naziri David Milliband NATO-nun Parlament Assambleyasında çıxışı zamanı deyib ki, Əfqanıstan cəmiyyəti büsbütün yenidən qurulmalıdır.

Britaniya Əfqanıstana əlavə 500 əsgər göndərəcəyinə söz verib. Bu, Əfqanıstanda mövcud olan hərbçilərinin sayına görə Birləşmiş Ştatlardan sonra ikinci yerdə olan Briyaniya əsgərlərinin sayının 9 500-ə çatacağı demək olacaq.

XS
SM
MD
LG