Accessibility links

ABŞ prezidenti Cənubi Koreyada Şimali Koreyanın nüvə proqramı məsələsini müzakirə edir


ABŞ prezidenti Barak Obama Çinə ilk səfərindən sonra Cənubi Koreyada Şimali Koreyanın nüvə proqramı məsələsini müzakirə edir. Asiya səfərinin son dayanacağı olan bu ölkədə ABŞ dövlət başçısı bir daha Şimali Koreyanı nüvə proqramına son qoymağa səsləyib. Prezident Pxenyanın seçimi olduğunu deyib.

"Şimali Koreya daha artıq təcrid, daha az təhlükəsizlik və firavanlığa üstünlük verməklə, qarşıdurma yolunda davam etmək və ya beynəlxalq öhdəliklərə əməl etməklə öz xalqının rufanı təmin edib, beynəlxalq ictimaiyyətin tamhüququlu üzvü olmaq kimi seçimlər qarşısındadır"-deyə Barak Obama bildirib. Sabah ABŞ dövlət başçısı Cənubi Koreyanın prezidenti Li Myung Bakla görüşəcək.

Cənubi Koreya və ABŞ Şimalı nüvə silahları proqramının dayandırmasına dair altıtərəfli danışıqlara qaytarmağa çalışır. Prezident Obama yalnız çoxtərəfli müzakirələrə təkan verəcək təkbətək danışıqlar üçün Şimali Koreyaya nümayəndə göndərəcəyini bildirib.


XS
SM
MD
LG