Accessibility links

Rusiya edam cəzasına qoyulan moratoriumu uzadıb


Rusiyada konstitutsiya məhkəməsi möhlətinin bitməsinə iki ay qalmış ölüm cəzasına qoyulan moratoriumun vaxtını uzadıb. Rusiya edam cəzasına qadağanı 1999-cu ildə bütün ölkə boyu andlı məhkəmələri tətbiq edildikdən sonra qoymuşdu. Andlı məhkəməsi olmayan yeganə Rusiya vilayəti Çeçenistan Respublikasıdır ki, burada da sistem 2010-cu il yanvarın 1-də işə düşəcək. Praktikada 1996-cı ildə Avropa Şurasına daxil olandan bəri Rusiya ölüm cəzasına qadağaya riayət edib. Rusiya həmçinin müharibə vaxtı istisna olmaqla ölüm cəzasına qadağa qoyan Avropa insan hüquqları müqaviləsini imzalayıb. Lakin Rusiya Duması hələ ki, müqaviləni ratifikasiya etməyib.

XS
SM
MD
LG