Accessibility links

İƏİT dünyanın ən zəngin iqtisadiyyatlarının 2010-cu ildə daha sürətlə artacağını bildirib


Iqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) bildirir ki, dünyanın ən zəngin iqtisadiyyatları 2010-cu ildə gözlənildiyindən daha sürətlə artacaq, lakin qlobal iqtisadi tənəzzülün fəsadları tezliklə aradan qalxmayacaq.

Varlı ölkələrin üzv olduğu İƏİT yarım illik hesabatını bu gün açıqlayıb.

Fransada qərargahlanan qrupa 30 ölkə, o cümlədən ABŞ, Yaponiya, Almaniya və Britaniya daxildir. Qurum proqnozlaşdırır ki, dirçəliş qeyri bərabər və gözlənilməz xəttlə inkişaf edəcək.

Stimul planı, Asiyada artan təlabat və ümumilikdə yaxşılaşan iqtisadi durumun sayəsində ABŞ iqtisadiyyatının 2010-cu ildə 2.5 faiz artacağı gözlənilir.

İƏİT təxmin edir ki, 2009-cu ildə Amerika iqtisadiyyatının həcmi 2.5 faiz kiçilib.

Yaponiyanın dirçəlişinin 1.8 faiz olacağı deyilir. Avropa iqtisadiyyatının isə daha ləng tempdə, 0.9 faiz artacağı deyilir.

XS
SM
MD
LG