Accessibility links

İranda daha üç jurnalist həbs edilib


Sərhədsiz Reportyorlar media hüquqları təşkilatı İran rəsmilərinin daha üç jurnalisti həbs etdiyini bildirir.

Qərargahı Parisdə yerləşən qrupun bildirdiyinə görə, jurnalistlərdən biri rəsmilərin keçən il bağladığı Kartfo həftəlik qəzetində çalışan jurnalist Ako Kürdnəsəbdir. Təşkilat bildirir ki, Kürdnəsəb İranın kürdüstan vilayətinin mərkəzi Sanandacda gənc siyasi məhbusun edamına etiraz etməsinə görə noyabrın 12-də həbs edilib.

Sərhədsiz Reportyorlar bildirir ki, İran bu yaxınlarda Sülh naminə jurnalistika veb səhifəsinin redaktoru Məzədk Əli Nəzərini də həbs edib. Təşkilatın bildirdiyinə görə, Nəzəri həbs olunduğunu ailə üzvlərinə demək üçün onlara noyabrın 14-də zəng edib. Lakin Sərhədsiz Reportyorlar onun nə zaman və hansı şəraitdə həsb edildiyi haqda məlumat verə bilmir.

Qrup bildirir ki, üçüncu jurnalist Rahim Qulami oktyabrın 29-da həbs edilib. O, Ərdəbil şəhərində bir neçə yerli qəzet üçün məqalələr yazırdı.


XS
SM
MD
LG