Accessibility links

İran prezidenti Təbrizdə azərbaycanlıların mədəni tələbləri məsələsinə toxunmadı


İranın İRNA və digər rəsmi xəbər ağentiliklərinin bildirdiklərinə görə, prezident Əhmədinejadın İran Azərbaycanına səfəri zamanı Təbrizə daha bir ad verilib. O, Təbrizi Şiə dünyasının birinci paytaxtı elan edib. Qeyd edək ki, bu, prezident Mahmud Əhmədinejadın Şərqi Azərbaycana üçüncü səfəridir. O, əvvəlki iki səfəri zamanı 464 layihənin icrasına söz vermişdi. Amma indiyədək onların 33 faizi hələ də həyata keçirilməyib.

Təbriz sakinlərindən biri telefonla Amerikanın səsinə bildirib ki, Əhmədinejadın təntənəli qarşılanması əyalət rəhbərliyi üçün böyük önəm daşıyırdı. Ona görə də “İstiqbal” cəmiyəti səfərbər edilmişdi. Bir həftədən bəri Təbrizin radio və televiziyası ilə şən proqramlar yayımlanır və əhali prezidentin qarşılanması üçün hazıranırdı. İstiqbal cəmiyyətinin yüksək səlahiyyətli nümayəndələri 100000 adamı xiyabanlara çıxarmağa çalışıb. İRNA-nın məlumatına görə, on minlərlərlə insanın toplaşdığı küçələrdə perezident iyirmi dəqiqəlik yolu üç saata keçib.

Əhmədinejad Təbrizi “Birinci Şiə Paytaxtı” adlandırmaqla yanşı, Təbrizi və azərbaycanlıları iman, məhəbbət, incəsənət, ədəbiyyat, mücahidlik, fədakarlıq, qeyrət və vətənpərvərlik ölkəsi və adamları adlandırdı və dedi ki ‘Mən İranın ən yaxşı xalqı, yəni Təbriz xalqının xidmətinə gəlmişəm.’ Cənab Əhmədinejad sonra prezident seçkisinin ardınca baş verən etiraz nümayişlərinə işarə etdi və o zaman Azərbaycanda vəziyətin sakitliyindən və burada etirazların olmamasından razılığını bildirdi. Prezident əlavə etdi ki, keçmiş 400 il boyunca İranı daxildən və xaricdən hədələyən təhlükələrin qarşısı azərbaycanlılar tərəfindən alınıb.Əhmədinejad İranın, İslam inqilabını azərbaycanlılara borçlu olduğunu deyib, lakin onların mədəni tələbləri məsələsinə toxunmayıb. O bildiribki, İran millətinin Şəhriyar, Saib Təbrizi, Pərvin Etizami və Əllamə Hadi Təbatəbayi kimi azərbaycanlılara ehtiyacı var.

XS
SM
MD
LG